“Özgə xalqda bir özgəyə aşiq olan Zərdabi” - Aygün Hüseyn

img

Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, publisist və ictimai xadim Həsən bəy Zərdabi xalqın maariflənməsi, milli mətbuatın inkişafı və milli oyanışın formalaşması istiqamətində misilsiz xidmətlər göstərib. O, 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə Azərbaycan mətbuatının təməlini qoyaraq gələcək nəsillərə zəngin mənəvi irs miras qoyub.


Zərdabinin həyat yolu, vətən sevgisi və xalqına sədaqəti bu gün də hər bir azərbaycanlı üçün örnəkdir. Onun əziz xatirəsinə ithaf olunan aşağıdakı şeir də məhz bu dəyərli irsə ehtiramın ifadəsidir.

***


Həsr edirəm bu şeiri yurdumun bir ağasına,

O ağa ki, Zərdabımı salmamışdı dərdi-qəmə.

Elə hey yazıram mən, gəlirəm bundan ilhama,

Zərdabini xatırlayıb söz verirəm mən qələmə.


İlk mətbuat yaratmağı etdi başını uca onun,

Bilməyirdi nə olacaq mətbuatın axır sonu.

Dayanmadan bir andaca "Əkinçi"ni salaq yada,

O etməsin, bu etməsin, kim edəcək məgər bunu?

Xalqı üçün sevgisindən dönən varmı zəmanədə?

Gəlin indi Solovyovun qızın burda salaq yada.

Özgə xalqda bir özgəyə aşiq olan Zərdabi,

Sevgisindən əlin üzüb yetişdi xalqa imdada.


Ömrünün hər hissəsini sərf etmişdi o əməyə,

Vəzirov da, Gorani də qatıldı bu xeyriyyəyə.

Əsasını qoymuşdu o hələ milli teatırın,

Borclu idi o bunlara, bilirsiniz məgər nəyə?


Danışmaqla bitməyəcək Məlikovun ömür yolu.

Bu yolu mən öyrəndikcə, izlədikcə çox sevirəm.

Elə bu an ürəkdən bir şeir yazıb,

Həmyerlimə Zərdabiyə həsr edirəm...



Aygün Hüseyn 

1İnciMedia.az xəbər saytının Baş redaktoru



Xəbəri paylaş: