Yoluxanların sayı açıqlandı: 37 nəfər sağaldı

img

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 190 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rezonans.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

 

Azərbaycanda indiyədək ümumilikdə 794 588 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 998 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 867 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 893, hazırkı dövrədək isə 7 002 575 test aparılıb.

Xəbəri paylaş: