Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Rezonans.az erməni KİV-ə istinadən xəbər verir ki, həmsöhbətlər Ermənistan-Rusiya münasibətlərinin gündəliyi, xüsusən də ikitərəfli iqtisadi münasibətlərdə yaranan məsələlər barədə fikir mübadiləsi aparıblar.
Paşinyan Ermənistan mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərin Ermənistan-Rusiya hüquqi çərçivəsinə və Avrasiya İqtisadi Birliyinin (AİB) qaydalarına zidd olduğunu vurğulayıb. O, bu məsələlərin həlli üçün tədbirlər görülməsini istəyib.
Dörd AİB üzv dövlətinin liderlərinin 29 may 2019-cu il tarixində qəbul edilmiş birgə bəyanatında qeyd edildiyi kimi, Ermənistanın Avropa Birliyinə daxil olması ilə bağlı Ermənistanda referendum keçirilməsinə gəldikdə isə, Baş nazir referendumun keçirilməsinin yalnız Ermənistanın Avropa Birliyinə üzvlük üçün rəsmi müraciət təqdim etməsindən və mövzunu əsaslandırmasından sonra mümkün olduğunu vurğulaıb.
Paşinyan Ermənistan Respublikası hökumətinin yuxarıda qeyd olunan məsələləri açıq, tərəfdaşlığa əsaslanan və dostcasına dialoq yolu ilə həll etməyə hazır olduğunu bildirib.









