Ermənistan Parlamentinin 9-cu çağırışının ilk iclasına adəti üzrə ən yaşlı deputat sədrlik edəcək.
Rezonans.az erməni KİV-ə istinadən xəbər verir ki, sözügedən şəxs Knyaz Həsənovdur.
O, iclasa sədrlik edəcək ən yaşlı millət vəkilidir.
Milliyyətcə yezidi kürdü, Ermənistan yezidi Kürd İcmasının rəhbəri Knyaz Həsənovun 80-dən çox yaşı var. O, bu ölkənin hakim "Vətəndaş müqaviləsi" partiyasından milli azlıq nümayəndəsi kimi ardıcıl 4-cü dəfə deputat seçilib.









