"İranın atom bombası yaratmaq üçün texniki imkanları var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur”.
Rezonans.az xəbər verir ki, bunu İranın beynəlxalq əlaqələr üzrə strateji şurasının rəhbəri Kamal Xərrazi deyib.
“Heç kimə sirr deyil ki, bizim İranda nüvə bombası yaratmaq üçün texniki imkanlarımız var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur”, – Xərrazi bildirib.










