Türkiyənin Qaziantep şəhərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Nurdağı rayonunda baş verən zəlzələnin episentri 80 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Qazianteplə yanaşı, Kilis, Kahramanmaraş, Osmaniyə ve Hatayda da hiss edilib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.










