Ukrayna Türkiyədə saxlanılan 255,9 milyon dollar dəyərində köhnəlmiş ABŞ silahlarını, o cümlədən çoxsaylı buraxılış raket sistemlərini (MLRS) və mərmiləri ala bilər.
Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.
Qeyd olunub ki, Ankara Kiyevə 12 ədəd M270 MLRS raket buraxılış qurğusu, 2524 ədəd M26 kasetli raket, 47 000 ədəd M509A1 artilleriya mərmisi və 70 ədəd M39 ATACMS ballistik raketi təhvil verə bilər. Təhvilin Türkiyənin MKE, ASFAT və ARCA, Bolqarıstanın VTIC International Ltd, ABŞ-nin “Pansophico” və “Patriot Defense Group” özəl şirkətləri vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Dövlət Departamenti bildirib ki, Amerika Birləşmiş Ştatları hökuməti bunu etməyə hazırdır. ABŞ Xarici İşlər Nazirliyinin məlumatına görə, təhvil Türkiyənin maliyyə resurslarını mövcud sistemlərin modernləşdirilməsinə və əməliyyat hazırlığının təmin edilməsinə yönəltmək üçün köhnəlmiş silah ehtiyatlarını azaltmaq istəyi ilə əlaqədardır. Təhvilin tezliklə baş tutacağı gözlənilir.










