Naqasakiyə atom bombasını kimin atdığını söyləmək istəmədi

Naqasakiyə atom bombasını kimin atdığını söyləmək istəmədi

Naqasakiyə atom bombasının atılmasının ildönümündə Yaponiyanın Baş naziri Takaiçi bombanı kimin atdığını qeyd etməyib. 

Rezonans.az xəbər verir ki, bu isə birmənalı qarşılanmayıb.

"81 il əvvəl Naqasaki şəhəri tək bir atom bombası ilə tamamilə məhv edildi", - deyə Takaiçi bombalanmanın ildönümünü qeyd edən mərasimdə çıxış edərkən qeyd etdi.

Bu arada, onun qarşısında çıxış edən Suzuki meri təxminən eyni ifadəni işlədərək bombanın şəhərə "ABŞ hərbi təyyarəsi" tərəfindən atıldığını söyləyib.

Xəbəri paylaş: