BƏƏ Müdafiə Nazirliyi İran tərəfindən buraxılan iki ballistik raketin aşkarladığını açıqlayıb.
Rezonans.az xəbər verir ki, nazirliyin açıqlamasında deyilir.
"Bu raketlərdən biri BƏƏ-nin ərazi sularından kənara, digəri isə ölkənin ərazi sularına düşüb”, - deyə açıqlamada bildirilir.
BƏƏ Müdafiə Nazirliyi hər hansı bir təhdidə qarşı ən yüksək səviyyədə hazırlıqda olduğunu və ölkənin təhlükəsizliyini və sabitliyini hədəf alan hər hansı bir hərəkətə qətiyyətlə qarşı çıxacağını açıqlayıb.
Nazirlik həmçinin X sosial şəbəkəsində İran tərəfindən buraxılan iki ballistik raketin dənizə düşən gəmilərin hərəkətini hədəf aldığını göstərən qiymətləndirmələrin olduğunu elan edib.










