Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

Türkiyənin Konya vilayətində 3,4 bal gücündə zəlzələ baş verib.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Konyanın Halkapınar rayonunda yerli vaxtla saat 20:18-də qeydə alınıb.

Zəlzələnin ocağının 7,1 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Dağıntı və tələfatın olmadığı diqqətə çatdırılıb.

Xəbəri paylaş: