ABŞ Prezidenti Donald Tramp ticarət razılaşması əldə olunana qədər Kanada mallarına tətbiq edilən 50% tarifləri üç gün müddətinə dayandırdığını açıqladı.
Rezonans.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Kanada və ABŞ ticarət sazişini yekunlaşdırana qədər sabah səhər qüvvəyə minməli olan Kanada mallarına tətbiq edilən 50%-lik rüsumu üç gün müddətinə dayandırdım", - deyə o qeyd edib.
Daha əvvəl "Politico" məlumatlı mənbələrə istinadən Trampın Kanadadan gələn mallara 50 faizlik tarif tətbiqini təxirə salmağı düşündüyünü bildirmişdi.
İyul ayında ABŞ prezidenti Kanadadan şərabdan tutmuş xokkey çubuqlarına və sementə qədər bir sıra malların idxalına əlavə 50% tarif tətbiq edəcək bir fərman imzalamışdı.
Fərmanda deyilir ki, danışıqların davam etdirilməsi üçün tariflər bir ay ərzində qüvvəyə minəcək.










