İsrail Tramp administrasiyasına bildirib ki, Suriya hava bazasına edilən son hücum Türkiyənin bölgədəki hərbi mövcudluğunu genişləndirməsinin qarşısını almaq məqsədi daşıyır.
Rezonans.az xəbər verir ki, bu barədə Amerika və İsrail rəsmiləri "Axios" nəşrinə bildiriblər.
Türkiyə sərhədindən təxminən 72 kilometr aralıda, Suriyanın şimalında yerləşən Əbu əl-Duhur hava bazasının uçuş-enmə zolaqlarına və bir neçə anqarına ən azı səkkiz bomba düşüb.
Amerika və İsrail rəsmilərinin sözlərinə görə, İsrail hökuməti Ağ Ev rəsmilərini yaxınlaşan zərbə barədə əvvəlcədən məlumatlandırmışdı.
Tramp hadisədən əvvəl Ərdoğanla telefon danışığı aparıb, lakin məsələnin müzakirə olunub-olunmadığı məlum deyil.
İsraillilər Ağ Evə bildiriblər ki, zərbənin məqsədi Türkiyənin hava bazasına bir dəstə müasir silah sistemləri göndərməsinin, eləcə də obyektdə hərbi gücün daha geniş şəkildə artırılmasının qarşısını almaqdır.
Türkiyə rəsmisi İsrailin açıqlamalarını təkzib edib: "Hava bazasında Türkiyənin iştirakı yox idi. İsrail qonşu ölkələri bombalamaq və bölgəni sabitsizləşdirmək üçün bəhanələr uydurur".










