Rusiya Federasiyası Ermənistana təbii qazın tədarükünü müvəqqəti olaraq dayandıracaq.
Rezonans.az xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb.
"Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırılan profilaktik və kompleks təmir işləri ilə əlaqədar olaraq, adıçəkilən qaz kəməri vasitəsilə Ermənistana təbii qazın tədarükü 15-25 sentyabr tarixlərində müvəqqəti olaraq dayandırılacaq", - deyə məlumatda qeyd olunub.
Göstərilən müddət ərzində respublikadakı istehlakçılara qaz təchizatı daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə həcmlər hesabına həyata keçiriləcək.










