Dron beş nəfəri yaraladı

Dron beş nəfəri yaraladı

Soçidə dron qalıqlarının düşməsi nəticəsində bir uşaq da daxil olmaqla beş nəfər xəsarət alıb.

Rezonans.az xəbər verir ki, bu barədə Krasnodar diyarı əməliyyat qrupu özünün "Telegram" kanalında bildirib.

Əməliyyat qərargahı bir zərərçəkənin xəstəxanaya yerləşdirildiyini, digərlərinin isə ambulator şəraitdə lazımi tibbi yardım aldığını dəqiqləşdirib.

Bundan əlavə, şəhərə edilən hücum nəticəsində üç fərdi evə ziyan dəyib və dron parçaları qeyri-yaşayış binasının yaxınlığında, tunelin yaxınlığında və fərdi evin həyətində də daxil olmaqla bir neçə başqa yerə düşüb.

Xəbəri paylaş: