İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərimizdən sonra böyük qürur hissi ilə qeyd etdiyimiz,bütün Azərbaycan xalqı üçün əhəmiyyət kəsb edən günlərdən biri də 20 oktyabr tarixidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi tariximizə yazılmışdır. Ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan hissəni əhatə edən Zəngilan rayonuhəm İranla, həm də Ermənistanla həmsərhəd olduğundan ölkəmiz üçün həmişə böyük strateji əhəmiyyət daşımışdır.Zəngilan təbiəti, təbii sərvətləri, faydalı qazıntıları ilə Respublikamızın ən zəngin rayonlarındandır. Zəngilanın mineral suları, qızıl, mərmər yataqları, çinar meşələri rayonun təbii zəngiliyindən xəbər verir. Qarabağ bölgəsində yerləşən digər qədim rayonlarımız kimi Zəngilan həm dəAzərbaycanın tarixi irsini əks etdirən və xalqımızın qədim köklərinə işarəedən tarixi-dini, memarlıq abidələri ilə məşhurdur. 2020-ci ilin sentyabr ayının 27 – də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın öz tarixi torpaqlarını hərbi-siyasi yolla işğaldan azad etməsi ilə nəticələndi. Zəngilan rayonu bu müharibənin həlledici döyüş sahələrindən biri oldu. Cəbrayıl rayonu istiqamətindəki döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri Zəngilanın inzibati sərhədlərinə çatmağa nail olmuş, əməliyyat zamanı bölgənin 49 kəndi və 4 qəsəbəsi erməni işğalından xilas edilmişdir. Beləliklə oktyabrın 20 i Zəngilan şəhərinin və onun ətrafındakı bir sıra kəndlərinin düşmən işğalından azad olunduğu gün kimi hərb tariximizə həkk olunmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. Biz 27 il boyunca olduğu kimi 29 oktyabrı Zəngilanın işğal olunduğu gün kimi hüznlə yad etmək əvəzinə, artıq 6 – cı ildir ki , 20 oktyabrı şəhərin Qurtuluş Günü kimi böyük fərəh hissi ilə qeyd edirik. 2020-ci ildə Zəngilan işğaldan azad edildikdən sonra Azərbaycanınİranla olan 132 kilometrlik sərhəddidüşmən nəzarətindən azad olunaraq bərpa edildi. Həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edən sərhədin bərpa işləri müharibədən dərhal sonra başladı, sərhəd boyunca infrastruktur və təhlükəsizlik tədbirləri həyata keçirildi. Zəngilanın azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa və infrastruktur layihələri həyata keçirilməyəbaşlandı. Zəngilanın Ağalı kəndində 200 evdən ibarət ilk ağıllı kənd pilot layihəsi icra edildi. Kənddə artıq məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST” kimi mərkəzlər, sahibkarlığa dəstəkxidmətləri mövcuddur.2022 – ci ilin may ayından etibarən Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıb. Zəngilanda müasir kəndlərdən biri olan Ağalı kənd layihəsi Qarabağın “yaşıl enerji” zonasına daxil edilib. Bu kəndlər ən müasir texnologiyalarla təchiz olunur, burada dayanıqlı enerjidən istifadə edilir və ekoloji cəhətdən təmiz yaşayış şəraiti yaradılır. Zəngilanda yalnız yaşayış bərpa işləri ilə kifayətlənilməyərək, kənd təsərrüfatının inkişafı üçün də əhəmiyyətli layihələr həyata keçirilməkdədir. Bu çərçivədə “Dost Aqropark” adlı layihə xüsusilə diqqətə layiqdir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə təsis etdiyi bu aqropark, bölgənin kənd təsərrüfatı potensialını bərpa edərək iqtisadi dirçəlişin əsasını qoyur. Aqroparkın fəaliyyəti yeni iş yerlərinin yaranması ilə bərabər, regionun öz kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında mühüm rol oynayacaqdır. Bu layihə işğaldan azad edilmiş ərazilərin tam şəkildə canlanmasını təmin edəcək vacib addımlardan biridir. Zəngilan rayonu Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini özündə birləşdirən bir bölgədir. İşğaldan azad edildikdən sonra aparılan bərpa və yenidənqurma işləri bu rayonu gələcəkdə regionun əsas mərkəzlərindən birinə çevirməkdədir. “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan sakinləri öz doğma torpaqlarına geri dönərək, rayonun inkişafında iştirak edəcək və Azərbaycanın bu gözəl bölgəsinin dirçəlişini yenidən təmin edəcəklər.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










