Məktəblini döyən icra başçısının müavini işdən çıxarıldı

img

Lənkəran İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən uzaqlaşdırılıb. 

 

Rezonans.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Rasilə Arifqızı İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, Lənkəran İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Artıq fakt təsdiqlənib. Baş Prokurorluqda bununla bağlı cinayət işi başlanılıb.

Xəbəri paylaş: