Ceyhun Bayramov Brüsselə getdi

img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.

 

Bu barədə Rezonans.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasında iştirakı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xəbəri paylaş: