Kuleba Avropa İttifaqına qoşulma üçün son tarixi açıqladı

Kuleba Avropa İttifaqına qoşulma üçün son tarixi açıqladı

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba prezident Vladimir Zelenskinin Avropa Birliyinə üzv olmaq üçün son tarix təyin etdiyini bildirib.

Rezonans.az RBC -ə istinadən xəbər verir ki, Kubela bu müddəti prezidentin şəxsən təyin etdiyini bildirib.

“Prezident Zelenski bu müddəti şəxsən təyin edib. Amma sizə deməyəcəyəm, çünki siz Aİ-də kimisə o qədər qorxuda bilərsiniz ki, onlar bizim hərəkətlərimizi bilərəkdən ləngidəcəklər”, - deyə nazir bildirib. 

Kuleba onu da vurğulayıb ki, Kiyev hər şeyi “sakit, ağlabatan və nəticə üçün” etməlidir.

Qeyd edək ki, iyulun 1- də bildirilib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevi korrupsiyaya qarşı mübarizəni gücləndirməyə çağırıb.

Xəbəri paylaş: