Rusiya ukraynalı jurnalisti axtarışa verdi

img

Ukraynalı jurnalist Dmitri Qordon Rusiyada federal axtarışa verilib.
 

Rezonans.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasına istinadən məlumat yayıb.
 

Axtarış cinayət işi çərçivəsində aparılır, lakin onun hansı maddə ilə açıldığı göstərilmir.


Hələ mart ayında Rusiya Federasiyasının İstintaq Komitəsi Dmitri Qordonu müharibəyə çağırışlar, nifrəti qızışdırmaq və Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda ittiham edərək, ona qarşı cinayət işi açıb.

Xəbəri paylaş: