Qəbələ rayon İcra hakimiyyətinin nümayəndələri və icra hakimiyyəti yanında ictimai nəzarət şurasının üzvləri 44 günlük Vətən müharibəsi şəhidi Babayev Ağaşirin Feruz oğlunun ailəsi ziyarət edilib.
Rezonans.az xəbər verir ki, ziyarətçilər şəhidin ailə üzvləri ilə söhbət etmiş, problemləri ilə maraqlanmışlar.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən dövlət dəstəyinə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.










