Klublarımız konfranslar liqasında mübarizəyə başlayırlar

img

Azərbaycanın 3 klubu bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.

 

Rezonans.az-ın məlumatına görə, "Neftçi", "Zirə" və "Qəbələ" sözügedən turnirdə ilk oyunlarını keçirəcəklər.

 

Günün ilk matçı Bakıda baş tutacaq. Ötən mövsümün bürünc mükafatçısı "Zirə" İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edəcək. "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü irlandiyalı FIFA referisi Rob Hennessi idarə edəcək.

 

Geridə qalan mövsümü 4-cü pillədə başa vuran "Qəbələ" Macarıstanda "Fehervar"ın qonağı olacaq. "Mol Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Oyunun baş hakimi isveçli Kaspar Syöberq olacaq.

 

Ötən mövsümün gümüş medalçısı "Neftçi" isə Konfrans Liqasına Kiprdə start verəcək. "Ağ-qaralar" Limassol təmsilçisi "Aris"lə qarşılşacaq. "AEK Arena"dakı görüşdə ədaləti xorvatiyalı İvan Bebek qoruyacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

 

UEFA Konfrans Liqası

 

II təsnifat mərhələsi, ilk oyunlar

 

21 iyul

 

20:00. "Zirə" - "Makkabi" (Təl-Əviv, İsrail)

 

Hakimlər: Rob Hennessi, Emmett Daynan, Dermot Brouqto, Oliver Moran (İrlandiya)

Bakı, "Dalğa Arena"

 

21:00. "Fehervar" (Macarıstan) - "Qəbələ"

 

Hakimlər: Kaspar Syöberq, Maks Robin Vilde, Andreas Svensson, Qranit Maqedonci (İsveç)

Sekeşfehervar, "Mol Arena"

 

21:30. "Aris" (Kipr) - "Neftçi"

 

Hakimlər: İvan Bebek, Qoran Pataki, Luka Payiç, Dario Bel (Xorvatiya)

Larnaka, "AEK Arena"

Qeyd edək ki, komandalar arasında cavab matçları iyulun 28-də keçiriləcək.

 
Xəbəri paylaş: