21.07.2022-ci il tarixdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Qəbələ Rayon Mədəniyyət Mərkəzində Qəbələ və Oğuz sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb.
Rezonans.az xəbər verir ki, öncə mədəniyyət naziri Anar Kərimov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb, qaldırılan məsələlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.












