Sevgilisini öldürən şəxs hakim qarşısına ÇIXARILIR

img

Bakıda iki uşaq anası olan sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Asəf Cəfərzadənin barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Rezonans.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

 

Qeyd edək ki, bu il fevralın 7-də Qaradağ rayonu ərazisində 1983-cü il təvəllüdlü Qənaət Fərmanovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənaət Fərmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.


Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.

 

Bildirilib ki, Asət Cədərzadə və Qənaət Fərmanova arasında sevgi münasibətləri olub. Qənaət Fərmanova iki uşaq anası olub və marketdə çalışıb.

Xəbəri paylaş: