Goranboyda ağır qəza - 15 nəfər xəsarət alıb

img

Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb, çox sayda xəsarət alanlar var.

Rezonans.az report-a istinadən xəbər verir ki, jadisə Qaramusalı kəndində qeydə alınıb.

Fəhlələri daşıyan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşması nəticəsində 15 nəfərə yaxın sərnişin müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş: