Bərdə rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, rayonun Əliyanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 32 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.










