Güləşçi dağdan yıxılaraq ÖLDÜ

img

Rusiyanın sərbəst güləş üzrə bürünc mükafatçısı Əhməd Jiletejev dağdan yıxılaraq həlak olub.

 

Rezonans.az xəbər verir ki, 19 yaşlı güləşçi Kabardin-Balkara təlim-məşq toplanışına yollanıb.

 

O digər idmançılarla birgə Buka-Başı dağına qalxmaq qərarına gəlib. Lakin bu qərar Jiletejevin həyatı bahasına başa gəlib. Belə ki, gənc 2500 metr yüksəklikdə müvazinətini itirərək yerə yıxılıb.

 

Ağır xəsarətlər alan güləşçi yerindəcə dünyasını dəyişib.

Xəbəri paylaş: