Goranboy sakinini "tok" vurub öldürüb

img

Goranboy sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Rezonans.az xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb.

 

Belə ki, qəsəbə sakini, 1997-ci il təvəllüdlü Hüseynov Sərxan İlham oğlu əmisinə məxsus fərdi yaşayış evinin həyətində elektrik naqilinə əlavə işıq patronu quraşdırmaq istəyərkən elektrik cəryanı vurması nəticəsində ölüb.

 

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: