Türkiyə səfiri “Qarabağ”ı təbrik etdi

img

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

 

Rezonans.az xəbər verir ki, səfir bu barədə “Twitter” hesabında paylaşım edib. Diplomat Ağdam klubuna uğurlar arzulayıb.

 

Qeyd edək ki, “Qarabağ” futbol klubu İsveçrənin “Sürix” komandasını mübarizədən kənarlaşdıraraq UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Xəbəri paylaş: