Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında YPG terror təşkilatının 25 silahlısını zərərsizləşdirib.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, silahlılar Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” və "Sülh çeşməsi" anti-terror əməliyyatları zonasında məhv edilib. Hazırda bölgədə əməliyyatlar davam etdirilir.










