Rayonların sosial-iqtisadi inkişafına böyük töhfə

img

Dövlət başçısı cənab İlham Əliyev cari ilin 25 iyul tarixində Göygöl, Masallı və Lerik  Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı bildirmişdir ki, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. 


Azərbaycan  Respublikasının Prezidenti  cənab İlham  Əliyevin bilavasitə  rəhbərliyi  və göstərişi  ilə  rayonların  sosial - iqtisadi  inkişafına xüsusi  diqqət  yetirilir. Ölkəmizin  paytaxtından uzaq  olmasına və əsasən  dağlıq, dağətəyi  ərazidə  yerləşməsinə  baxmayaraq  Göygöl  rayonunda  da  sosial – iqtisadi  inkişafa müsbət  təsir  göstərən  bir  sıra  layihələr  həyata  keçirilmişdir. Rayonun  bütün  kəndləri  elektrik  enerjisi  ilə tam  təchiz  olunmuşdur. Xüsusən yay  aylarında  elektrik  enerjisinə  tələbat  xeyli  artsa  da bu  sahədə  heç bir  problem  yaşanmır. 


Rayonun  kəndlərinin  əksəriyyətinə qaz  xətləri  çəkilmişdir. Müəyyən  ucqar  kəndlərə  də  qaz  xətlərinin  çəkilməsi  nəzərdə  tutulmuşdur. 


Bakı – Qazax  magistral  yolu  Göygöl  rayonunun  ərazisindən də  keçir. Göygöl  şəhərinin yaşayış  olan  küçələrinin  əksəriyyətinə  asfalt  döşənmişdir. Rayonun ayrı-ayrı  zonalar  üzrə  də asfalt  yolları çəkilmişdir. Ucqar  dağ kəndləri  olan  Çaykənd, Quşçu, Sarısu  yollarına  asfalt  döşənmişdir. 


Rayonda  suvarma  işləri  də diqqətdə saxlanılmışdır.  Kürək  çayından  rayon  mərkəzinə  içməli  su  xətti  çəkilmişdir. Havaların  quraq  keçməsi ilə  əlaqədar  olaraq  suvarma  və  içməli  suya tələbat  daha  çox  hiss  olunur. 


Göygöl  rayonunda  müasir  tələblərə  cavab  verən  xəstəxana tikilib  istifadəyə  verilmişdir. Ayrı-ayrı kəndlərdə tibb ocaqları və  məktəb  binaları  da  inşa  edilmişdir.


Azad Abbasov

Göygöl RİHB-nın Topalhəsənli kənd İƏD-si üzrə nümayəndəsi

Xəbəri paylaş: