28 cinayətin üstü illər sonra AÇILIB

img

Avqustun 3-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 60-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 28-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Xəbəri paylaş: