Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin 19 üzvü yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Bir yaralının durumu isə son dərəcə ağır qiymətləndirilir.
Rezonans.az xəbər verir ki, bu barədə Ermənistanın “NEWS.am” saytı məlumat yayıb.
Qeyd edək ki, ötən gün ermənilərin Laçında törətdikləri terror-təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Buna cavab olaraq Azərbaycan Ordusu bölmələri “Qisas” cavab əməliyyatı keçirib. Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.
Bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.










