Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi BAŞLADI

img

Bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.

 

Bu barədə Rezonans.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər avqustun 8-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

 

Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Xəbəri paylaş: