Paşinyan təcili nazirləri TOPLADI

img

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin iclasını keçirib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ermənitan mətbuatı məlumat yayıb.

 

 Hökumət nümayəndələri ötən günün nəticələrini müzakirə ediblər. Baş nazir bildirib ki, Qarabağ və ətrafda vəziyyət son dərəcə kritikdir.

 

Qeyd edək ki, ötən gün ermənilərin Laçında törətdikləri terror-təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Buna cavab olaraq Azərbaycan Ordusu bölmələri “Qisas” cavab əməliyyatı keçirib. Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

 

Bundan öncə erməni mənbələr 2 separatçının öldüyünü, 19-nun isə yaralandığını bildirmişdi.

Xəbəri paylaş: