Putinin İlham Əliyevə zəngi GÖZLƏNİLİR

img

Rəsmi Moskva Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır və tərəfləri təmkinli olmağa, üçtərəfli razılaşmaları yerinə yetirməyə çağırır.

 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

"Biz vəziyyəti diqqətlə izləyirik. Təbii ki, vəziyyətin gərginləşməsindən narahatıq. Rusiya lideri Vladimir Putin Qarabağdakı gərginlik fonunda Azərbaycan Prezidenti İlham Əliyevlə qrafik üzrə hələlik telefon danışıqları aparmayıb, lakin belə bir söhbəti tezliklə ola bilər”, - Rusiya rəsmisi qeyd edib.

 

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını kobud şəkildə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Qarabağda antiterror əməliyyatı keçirib. 

Xəbəri paylaş: