Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“İclasda Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə edilib. Üçtərəfli müqavilənin bütün müddəalarının yerinə yetirilməsinin zəruriliyi vurğulanıb”, - deyə Peskov məlumat verib.
Bundan əlavə, iclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-nə planlaşdırılan Rusiya səfəri müzakirə olunub.










