Operativ Qərargah yoluxma ilə bağlı MƏLUMAT YAYDI

img

Azərbaycanda koronavirusa 495 yeni yoluxma qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rezonans.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

 

İndiyədək ümumilikdə 800 478 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 839 nəfər müalicə olunaraq sağalıb, 9755 nəfər vəfat edib, aktiv xəstə sayı 2884 nəfərdir.

 

Son sutka ərzində 3708, hazırkı dövrədək isə 7 058 973 test aparılıb.

Xəbəri paylaş: