Son günlər yoluxma niyə artır?

img

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artım əsasən Avropa və Amerikanın bəzi ölkələrində “Omicron” ştamının mutasiya olunan yeni növləri hesabına baş verib.

 

Rezonans.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

 

T.Eyvazov qeyd edib ki, virusun təkamülünün istiqaməti və yeni ştamların xüsusiyyətləri qeyri-müəyyən olaraq qalmaqdadır:

 

"Hesab olunur ki, bu ştamlar digər koronavirus ştamlarından, məsələn, delta ştamından daha az öldürücü olsalar da, yoluxma sürətinə görə birincidirlər. Virus əsasən yuxarı tənəffüs yollarında sürətlə çoxaldığından hava-damcı yolu yoluxmada xüsusi rol oynayır. Məhz buna görə ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir".

Xəbəri paylaş: