
“Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının detalları ilə bağlı təkliflərini hələ də görməyib. Ona görə belə halda mənim üçün bu suala cavab vermək çətindir”.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Ermənistan təbii ki, təşəbbüslər irəli sürə bilər. Hələ ki biz onları görməmişik”, - Rusiya XİN başçısı deyib.
Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda fəaaliyyət göstərən sülhməramlıların fəaliyyətindən narazılığını ifadə edib.