Kosovoda casusluq ittihamı ilə saxlanılan rusiyalı jurnalist Daria Aslamova ölkədən deportasiya edilib.
Rezonans.az xəbər verir ki, bu barədə Kosovo daxili işlər naziri Celal Şveçliya bildirib.
"Daxili işlər naziri kimi qanuni səlahiyyətlərim çərçivəsində Darya Aslamovanı Kosova Respublikasında arzuolunmaz şəxs elan etmişəm. Onun Kosova ərazisinə girişi 5 il müddətinə qadağandır.
Müəyyən məqsədlər və ya direktivlər üçün ölkəmizdə pozuculuğa çalışan, sabitliyi pozmağa cəhd edən hər kəs, şübhəsiz ki, Kosovo Respublikasının qanunlarının qüvvəsi ilə üzləşəcək”, - nazir vurğulayıb.
Qeyd edək ki, D.Aslamova iki gün əvvəl casusluq ittihamı ilə saxlanılmışdı. O, Rusiyanın “Komsomolskaya Pravda” media qrupunda çalışır.










