Conson Londondakı evini SATIR

img

Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edən Boris Conson Londonda yerləşən 1,6 milyon funt-sterlinqə olan evini satışa çıxarıb.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, Conson üç mərtəbəli, dörd otaqlı evi 2019-cu ildə 1,2 milyon funt-sterlinqə alıb.

 

Məlumata görə, Conson 400 min funt-sterlinq qazanmaq ümidi ilə 1,2 milyona aldığı evi satmaq qərarına gəlib.

 

Qeyd edək ki, Boris Conson bu ilin iyul ayında Britaniyanın Baş naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, ölkədəki siyasi böhranla əlaqədar vəzifəsindən getməyə məcbur olub.

Xəbəri paylaş: