
Bu gün Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulacaq.
Rezonans.az xəbər verir ki, sonuncu oyun günündə bir matç keçiriləcək. “Turan Tovuz” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.
8 avqust (bazar ertəsi)
17:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli
Tovuz şəhər stadionu
7 avqust (bazar)
19:15. “Sabah” – “Sumqayıt” - 3:0
17:00. “Şamaxı” – “Neftçi” - 0:1
6 avqust (şənbə)
“Qarabağ” – “Səbail” - 3:1
5 avqust (cümə)
“Kəpəz” – “Zirə” - 1:2