Bayden İsveç və Finlandiya ilə bağlı protokolları imzalayacaq

img

Bu gün ABŞ Prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq.

 

Rezonans.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Qeyd edək ki, NATO-ya üzv ölkələr Finlandiya və İsveçin üzvlük protokolunu imzalayıblar. Baş katib Yens Stoltenberq iyulun 5-dən etibarən İsveç və Finlandiyanın NATO-ya dəvətli ölkələr sayılacaqlarını və alyansın işinə qatıla biləcəklərini əlavə edib.

Xəbəri paylaş: