Bakıda 5 il sonra Çempionlar Liqasının himni səslənəcək

img

Bakıda 5 ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək.

 

Rezonans.az xəbər verir ki, bu əlamətdar hadisə "Qarabağ" klubu Çempionlar Liqasında pley-offa yüksəldiyi üçün baş verəcək. 

 

Çempionlar Liqasının himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.

 

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən Danimarka "Kopenhagen"indən güclü olub - 1:0; 1:2.

 

Komanda həmin mövsüm turnirin qrup mərhələsinə yüksəlib.

 

Xatırladaq  ki, "Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 16-17 avqustda, cavab matçları 23-24 avqustda keçiriləcək.

Xəbəri paylaş: