Vətən müharibəsində qəhrəmancasına şəhadətə yüksələn Zeynallı Əsəd Ərzuman oğlunun doğum günü münasibətilə Qəbələ rayon İcra hakimiyyətinin, təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri və təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət etdiblər.
Rezonans.az xəbər verir ki, şəhidin məzarı üzərinə gül dəstələri qoyularaq xatirəsi sonsuz ehtiramla anılmış və ruhuna dualar oxunub.
Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə şəhidin valideynləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.










