Türkiyə təyyarəsi təcili Bakıya endi

img

"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

 

Bu barədə Rezonans.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. 

 

Qeyd olunub ki, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub. Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib. 

 

Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.

Xəbəri paylaş: