"Qəbələ" "Şamaxı"nı sınağa çəkəcək

img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.

 

Rezonans.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.

 

"Qəbələ" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Meydan sahibləri ötən tur "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib, qonaqlar isə "Neftçi"yə uduzub - 0:1.

 

Komandalar indiyədək ölkə çempionatlarında 55 dəfə üz-üzə gəliblər. Bunların 17-də "qırmızı-qaralar", 19-da Şamaxı təmsilçisi qalib gəlib. Topların nisbətində də qonaqlar üstündür - 72:58. “Qəbələ” Premyer Liqada bu rəqiblə ardıcıl 7 oyunda meydanı qolsuz tərk etməyib. “Şamaxı” isə son 4 görüşdə qələbə qazanmayıb.

 

II tura "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq. "Ağ-qaralar" ilk turda "Şamaxı"nı 1:0 hesabı ilə yenib. Gəncə klubu isə "Zirə" ilə dueldən məğlub ayrılıb - 1:2. Komandalar bu vaxtadək çempionat oyunlarında 51 dəfə qarşılaşıblar. 24 dəfə paytaxt təmsilçisi, 18 dəfə "Kəpəz" meydanı 3 xalla tərk edib. Topların nisbətində də "ağ-qaralar" üstündür - 73:46.

 

Azərbaycan Premyer Liqasında II tur

 

14 avqust (bazar)

 

18:20. “Qəbələ” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev

Hakim-inspektor: Orxan Məmmədov

Qəbələ şəhər stadionu

 

20:30. “Neftçi” – “Kəpəz”

Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Gülağa Cabarov

“Bakcell Arena”

 

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sabah" səfərdə "Zirə"ni 3:1, "Qarabağ" "Sumqayıt"ı 2:0, "Turan Tovuz" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Xəbəri paylaş: