“Qarabağ”ın oyununa 224 bilet qaldı

img

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün satışa çıxarılmış biletlər tükənmək üzrədir.

 

Rezonans.az xəbər verir ki, bu barədə "köhlən atlar"ın rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, qarşılaşma üçün cəmi 224 bilet qalıb.

 

Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

Xəbəri paylaş: