Bir ildə 448 sərhəd pozucusu saxlanılıb

img

Dövlət Sərhəd Xidmətinin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapıb. 

 

Rezonans az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan sərhədçiləri tərəfindən son bir il ərzində 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb, 2594 nəfər hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan, 5 nəfər özgəsinə məxsus, 289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

 

DSX rəsmisi qeyd edib ki, ümumi dəyəri təxminən 76 milyon 443 min 870 manat olan qaçaqmalın, o cümlədən 95 min 151 ədəd psixotrop dərman preparatının və 1 ton 14 kiloqram 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Xəbəri paylaş: