Cinayətdə şübhəli bilinən 60 nəfər SAXLANILDI

img

Avqustun 17-də ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Xəbəri paylaş: